Sumqayıtda təkər maşından çıxaraq qadına çırpıldı

Sumqayıtda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

Hadisə şəhərin Koroğlu prospektində baş verib.

Hərəkətdə olan “VAZ 21099” markalı avtomobilin ön sol təkəri yerindən çıxaraq xiyabanda ağacları sulayan 1963-cü il təvəllüdlü Şəmayıl Səfərovaya dəyib.

Ağır bədən xəsarətləri alan 58 yaşlı qadın xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.//apa

DİGƏR XƏBƏRLƏR

Top