
Yeni növ koronavirusun ən az təsir etdiyi ölkələrdən biri olan Sinqapurda artıq həmin xəstəliyə gündəlik yoluxanların sayı açıqlanmayacaq.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Sinqapur höküməti məlumat verib. Bildirilib ki, COVID-19 virusuna yoluxanların xəstəxanalara yerləşdirilməsi, reanimasiya şöbəsinin doluluğu və virusdan ölüm hallarının izlənilməsi daha vacib məsələlərdir:
"Qrip mövsümündə insanlar gündəlik fəaliyyətlərinə davam edir, qorunmaq üçün sadə tədbirlərə riayət edirlər və ya illik qrip peyvəndi vurdururlar. Bunu koronavirus üçün etmək önümüzdəki aylarda ön planda yer alır".