
Holo adasında Filippin Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 52-yə çatıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Filippin Silahlı Qüvvələrinin mətbuat katibi Edqard Arevalo məlumat yayıb. Bildirilib ki, 3 mülki şəxs də daxil olmaqla təyyarə qəzasında ölənlərin ümumi sayını 52-yə çatıb.
Qeyd edək ki, iyulun 4-də Filippin Hava Qüvvələrinə məxsus “C-130 Hercules” təyyarəsi ölkənin cənub-qərbindəki Sulu əyalətindəki bir hava limanına enərkən qəzaya uğrayıb. Təyyarədə ekstremistlərə və üsyançılara qarşı mübarizə aparmaq üçün Terrorla Mübarizə Əməliyyat Qrupunun tərkibində Holo adasına gedən 96 hərbi qulluqçu var idi.