Üzeyir Hacıbəylinin Şuşadakı heykəli belə olacaq - VİDEO


Heydər Əliyev Fondu tərəfindən Şuşada görkəmli bəstəkar Üzeyir Hacıbəylinin heykəli ucaldılacaq. 

Yeniavaz.com xəbər verir ki, hazırda Bakıda emalatxanada heykəlin hazırlanması prosesi gedir.

Şuşa şəhərinin işğalı zamanı ermənilər tərəfindən dağıdılan heykəlin yerində ucaldılacaq abidə bəstəkarın 100 illiyi münasibətilə Şuşada ucaldılan və müəllifi heykəltaraş Əhməd Salikov olan bürünc heykəlin surəti əsasında yaradılır.

Heykəlin üzərində işlər 18 Sentyabr- dahi bəstəkarın doğum günü və Musiqi Gününə qədər başa çatdırılacaq.

 

DİGƏR XƏBƏRLƏR

Top