Türkiyənin Sankt-Peterburqdakı baş konsulu dünyasını dəyişdi


Türkiyənin Rusiyanın Sankt-Peterburq şəhərindəki Baş konsulu Mehmet Ferhan Yorulmaz vəfat edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu öz tviter hesabında bildirib.
“Hörmətli həmkarımız, Sankt-Peterburq baş konsulumuz Mehmet Ferhan Yorulmazı itirdik. Mərhum baş konsulumuza Allahdan rəhmət, ailəsinə başsağlığı və səbr diləyirəm”deyə türkiyəli nazir əlavə edib.
Xatırladaq ki, Yorulmaz 2020-ci ilin 15 oktyabr tarixində Türkiyənin Sankt-Peterburq şəhərində Baş konsulu təyin olunmuşdu.

 

DİGƏR XƏBƏRLƏR

Top