Türkiyə HHQ komandanı Azərbaycana gəlib


Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) komandanı ordu generalı Hasan Küçükakyüzün rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 5-də Azərbaycana işgüzar səfərə gəlib.

Müdafiə Nazirliyindən Yeniavaz.com-a verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan ilə Türkiyə HHQ-ləri arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılacaq, əlaqələrin genişləndirilməsi imkanları nəzərdən keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top