Bu ölkədə COVID-19-un “Delta” növünə yoluxanların yarısı peyvənd olunanlardır


Vaksinasiyaya ən tez başlayan ölkələrdən biri olan İsraildə COVID-19-un “Delta” növü sürətlə yayılır.
Yeniavaz.com
"Sözcü"yə istinadla xəbər verir ki, bu barədə İsrail Səhiyyə Nazirliyi məlumat yayıb. Nazirlik bildirib ki, COVID-19-un “Delta” variantına yoluxanların 51 faizi peyvənd olunan şəxslərdir:
"Virusun “Delta” növünün aşkarlandığı insanlardan sadəcə 15-i xarici ölkələrdən gələn şəxslərdir.  Ümumi yoluxanlardan 3 faizi 11 yaşdan kiçik ,13 faizi isə 12 ilə 18 yaş arasında olan uşaqlardır".
Verilən məlumata görə, COVID-19 virusunu ağır keçirən xəstələrin sayı ötən həftəyə nisbətən 50 faiz artıb.

DİGƏR XƏBƏRLƏR

Top