
Ukrayna prezidenti Vladimir Zelenski azərbaycanlını medalla təltif edib.
Yeniavaz.com Ukrayna mətbuatına istinadən xəbər verir ki, Zelenski bir sıra şəxsləri orden və medallarla təltif edib. Onların arasında Ukrayna Baş Prokuror Ofisi Departamentinin şöbə müdiri vəzifəsində işləyən Samir Şirxan oğlu Allahverdiyev də var.
O, “Xidmətə görə” 3-cü dərəcəli medal ilə təltif edilib.
Qeyd edək ki, Samir Allahverdiyev bir müddətdir Ukrayna hüquq-mühafizə orqanlarında işləyir.