Xəzərdə boğulan 2 nəfərin meyiti tapılıb - YENİLƏNİB


Xəzərin Nabran ərazisində batan iki nəfərin meyiti tapılıb.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, Qubanın Aşağı Atuc kənd sakinləri Talıbov Naib Nadir oğlu və Hüseynov Nemət Sarvan oğlunun meyitləri tapılaraq aidiyyəti üzrə təhvil verilib.

*** 4 iyul, 21:50
Xəzər dənizində 2 nəfər batıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumat daxil olub.
Məlumata əsasən, Xaçmaz rayonunun Nabran kəndi ərazisində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 15 km aralı, qeyri-çimərlik ərazi) 2 nəfər batıb. FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin "Şimal" dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

DİGƏR XƏBƏRLƏR

Top