İsmayıllıda yük maşını yandı, sürücü xəsarət aldı


İsmayıllı rayonu ərazisində yük maşını yanıb.
Hadisə bu gün saat 19:30 radələrində İsmayıllı-Lahıc yolunun Qəndov kəndi ərazisində qeydə alınıb.
Sürücü Şaiq Muradov yol istismar idarəsinə məxsus "Tatra" markalı yük maşını ilə ot daşıyarkən qəflətən avtomobildə yanğın başlayıb.
Alov qısa vaxtda avtomobilin salonuna və yük yerinə keçib.
Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.
Hadisə zamanı avtomobil, yük yerindəki 200 ədəd ot bağlaması tamamilə yanıb, sürücü Şaiq Muradov yanıq xəsarətləri aldığı üçün İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb.
İlkin məlumata görə avtomobilin yük yerinə çox yığılan ot bağlamaları kənddə elektrik naqillərinə toxunub, baş verən qısaqapanma nəticəsində yanğın başlayıb.
Faktla bağlı araşdırma aparılır. APA

DİGƏR XƏBƏRLƏR

Top