52 yaşlı kişi dənizdə batdı


Bakı şəhərinin Xəzər rayonunda dənizdə (qeyri-çimərlik ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub.

Yeniavaz.com FHN-ə istinadən xəbər verir ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 1969-cu il təvəllüdlü Mansurov Amil Məhəmməd oğlunun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

DİGƏR XƏBƏRLƏR

Top