Göyçayda iki avtomobil toqquşdu - Xəsarət alan var


Göyçay rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə bu gün saat 11:30 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 203-cü kilometrliyində, Göyçayın Qarayaxı kəndi ərazisində qeydə alınıb.
"Mersedes" markalı minik avtomobili qarşı tərəfdə hərəkətdə olan " VAZ 21011" markalı minik avtomobilinə arxa tərəfdən çırpılıb.
Hadisə zamanı avtomobillərdə olan 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, "VAZ 21011"-in qoşqulu yük yerində olan 5 baş iri buynuzlu heyvan tələf olub.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
APA

DİGƏR XƏBƏRLƏR

Top