Filippində hərbi təyyarə qəzasında ölənlərin sayı 45-ə yüksəldi - YENİLƏNİB


Filippinin Xolo adasında ölkənin Hərbi Hava Qüvvələrinə məxsus "S-130" təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların sayı 45 nəfərə çatıb.
Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

***14:29
Filippin Silahlı Qüvvələrinə məxsus hərbi təyyarənin Xolo adasında aeroporta eniş zamanı qəzaya uğraması nəticəsində ölənlərin sayı 29 nəfərə çatıb.
Qəza nəticəsində xəsarət alan 50 nəfər hospitala yerləşdirilib.
Qeyd edək ki, qəzaya uğrayan təyyarədə 90 nəfər olub.

***11:57
Filippində göyərtəsində 90 nəfərin olduğu hərbi təyyarə ölkənin cənub-qərbindəki Xolo adasına eniş edən zaman qəzaya uğrayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Filippin Müdafiə Nazirliyi məlumat yayıb. 
İlkin məlumata görə qəza nəticəsində 17 nəfər həlak olub, 40 nəfər isə xilas edilib.
Hazırda xilasetmə işləri davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top