Şəhid anası Şəhidlər Xiyabanında bulaq qazdırdı - İki aydır ki, su yox idi


Şəhid anası Şəhidlər Xiyabanın su problemini həll edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə jurnalist Şamxal Adıgözəlov məlumat paylaşıb.
O bildirib ki, şəhid anası öz vəsaiti hesabına Şəhidlər Xiyabanında bulaq qazdırıb: "Xatırlayırsınıza bir müddət əvvəl Bərdədə Şəhidlər Xiyabanına su gəlməməsi ilə bağlı xəbər paylaşmışdım. İki aydan çoxdur ki, su olmadığından da Şəhidlər Xiyabanında yaşıllıq zolağı, ağac və gül kolları məhv olurdu. 44 günlük Vətən müharibəsinin şəhidi Elməddin Hüseynzadənin anası Arzu xanım şəxsi vəsaiti hesabına Şəhidlər Xiyabanında kiçik su quyusu qazdırıb".

DİGƏR XƏBƏRLƏR

Top