"Bu gün şəxsən minalanmış ərazilərin xəritələrini Azərbaycana verdim" - General Muradov


"Bu gün şəxsən Dağlıq Qarabağdakı silahlı qarşıdurma zamanı erməni birləşmələri tərəfindən iki rayonun minalanmış ərazilərin xəritələrini Azərbaycan tərəfinə təhvil verdim. Öz növbəsində, Azərbaycan on beş erməni hərbçisini sərbəst buraxdı".

Yeniavaz.com xəbər verir ki, bu fikirləri Rusiya sülhməramlı kontingentinin komandiri general-leytenant Rüstəm Muradov bir qrup erməni hərbi əsirin təyyarə ilə Yerevana təhvil verilməsindən sonra mətbuata açıqlayıb.

General bildirib ki, Rusiya Qarabağla bağlı üçtərəfli bəyanatın müddəalarının həyata keçirilməsini təmin etmək üçün fəaliyyəti davam etdirəcək.

DİGƏR XƏBƏRLƏR

Top