AVRO-2020: Danimarkadan 2-ci qol - Yenilənir

Çexiya və Danimarka yığmaları arasında Bakıda keçirilən Avropa çempionatının 1/4 final mərhələsinin oyununda ikinci qol vurulub.

Danimark yığmasının heyətində Kasper Dolberq 42-ci dəqiqədə rəqibi növbəti dəfə məyus edib.


20:09

Çexiya və Danimarka yığmaları arasında Avropa çempionatının 1/4 final mərhələsinin oyununda hesab açılıb.

Danimarkanın  heyətində Tomas Dileyni 5-ci dəqiqədə topu rəqib qapısından keçirib.

20:00

Çexiya və Danimarka yığmaları arasında futbol üzrə Avropa çempionatının 1/4 final mərhələsinin oyunu start götürüb.

Bakı Olimpiya Stadionunda (BOS) keçirilən görüş saat 20:00-da başlayıb.

Oyunu niderlandlı FIFA referisi Byorn Kuypers idarə edir.

Qeyd edək ki, daha əvvəl BOS-da A qrupunun üç görüşü gerçəkləşib.

DİGƏR XƏBƏRLƏR

Top