Bakıda ruhi xəstə olan 23 yaşlı oğlan itkin düşüb - FOTO

Bakıda ruhi xəstə olan gənc itkin düşüb. 

Yeniavaz.com xəbər verir ki, bu barədə oxu.az-a onun yaxınları məlumat verib.

Onların sözlərinə görə, Binəqədi rayon sakini, 1998-ci il təvəllüdlü Hüseynov Rəsul Tağı oğlu dünən saat 17:00 radələrində evdən çıxıb.

“O, ruhi xəstədir, gecə harada qalıb bilmirik. Evdən çıxarkən Rəsulun əynində açıq yaşıl rəngli köynək, qara sport şalvar olub.

Görən şəxslərdən 055 793 43 23 nömrəsi ilə əlaqə saxlamağı xahiş edirik”, - deyə yaxınları bildirib. 

DİGƏR XƏBƏRLƏR

Top