Mahir Emreli Polşa klubunda növbəti qollarını vurub

Millimizin futbolçusu Mahir Emreli Polşanın “Leqiya” klubunda növbəti qollarını vurub.

Bu gün “Leqiya” Polşanın “Yaqelonion” klubu ilə yoxlama matçı keçirib.

Varşava klubunun 2:0 qalib gəldiyi görüşün qəhrəmanı məhz Mahir olub. O bu matçda 11 və 22-ci dəqiqələrdə qol vurub. Bununla da Mahir “Leqiya”da beşinci və altıncı qollarını vurmuş olub.

Qeyd edək ki, iki gün əvvəl 24 yaşını tamamlamış Mahir Emreli daha əvvəl yeni komandası ilə Avstriyanın “Bişofshofen” klubuna (5:0) üç və Rusiyanın “Krasnodar” komandasına (1:1) bir qol vurub./ Oxu.az

DİGƏR XƏBƏRLƏR

Top