İranda koronavirusun 5-ci dalğası ilə bağlı XƏBƏRDARLIQ


İranda koronavirusun 5-ci dalğasının başlaya biləcəyilə bağlı xəbərdarlıq edilib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İran hökuməti və Səhiyyə Nazirliyi məlumat verib. Nazirlik bunu peyvəndlənmə prosesinin zəif getməsilə əlaqələndirib. Koronavirusa yoluxma halları əsasən, ölkənin cənub-şərqində yerləşən Sistan-Bəlucistan əyalətində təhlükəli vəziyyət yaradıb. Sözügedən ərazidə karantin qaydaları tətbiq olunub. 
Qeyd edək ki, ölkədə 7 iyunda koronavirusa yoluxma halı 4907 göstərilsə də, 1 iyulda bu rəqəm 14 min 303 olaraq qeyd alınıb.

DİGƏR XƏBƏRLƏR

Top