ABŞ Əfqanıstandakı ən böyük hava bazasından çıxdığını rəsmən açıqladı


ABŞ və NATO hərbçilərinin Əfqanıstanda yerləşən ən böyük hərbi hava bazası Baqramdan çıxması xəbəri ABŞ tərəfindən təsdiqlənib.
Yeniavaz.com "ria.ru"ya istinadən xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Con Kirbi brifinqdə məlumat verib. O bildirib ki, Baqram hərbi hava bazasının idarəsi Əfqanıstan təhlükəsilik qüvvələrinin ixtiyarına verilir. Sözçü bu təhvil prosesini ABŞ-ın Əfqanıstandakı mövcudluğunun geri çəkilməsi kimi qiymətləndirib. 
Kerbi həmçinin ABŞ-ın Əfqanıstandakı qoşunlarıının rəhbərliyinin dəyişdirildiyini bildirib.
Qeyd edək ki, sözügedən baza Kabilin şimalında yerləşir. Baza 1979-1989-cu illərdə Əfqanıstan müharibəsi dövründə Sovet qoşunları tərəfindən istifadəyə verilib. ABŞ-ın 2001-ci ildə Əfqanıstanı işğal etməsindən sonra Amerika qüvvələrinin əsas bazasına çevrilib.

DİGƏR XƏBƏRLƏR

Top