
Çinin cənub-şərqində yerləşən Szyansi əyalətində yağan güclü yağışlar daşqına səbəb olub.
Yeniavaz.com “TASS” istinadən xəbər verir ki, bu barədə
Çinin Daşqın və Quraqlığa Nəzarət Regional Qərargahından məlumat verilib. Qərargah bildirib ki, daşqınlardan 1 milyondan çox insan zərər çəkib.
Sel 156 evi dağıdıb, 219 evi qismən yararsız hala salıb. Habelə 70 min hektar sahədə yerləşən kənd təsərrüfatı məhsulları yararsız hala düşüb.
Qərargah məlumat verir ki, daşqınlar bölgəyə 1 milyard yuan (təxminən 160 milyon dollar) iqtisadi ziyan vurub.
Fəlakət baş verən bölgəyə 6 milyon yuan (təxminən 930 min dollar) ayırıb. Xilasedicilər artıq 63 min Szyansi sakini təxliyyə edilib.
Tətbiqimizi yükləyə bilərsiniz