Bakıda 29 yaşlı kişi özünü 14-cü mərtəbədən atdı


Bakının "Xətai Park" yaşayış kompleksində intihar hadisəsi baş verib.

Yeniavaz.com "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə iyulun 2-i gecə saat 02 radələrində qeydə alınıb.

Gəncə prospektində yerləşən "Xətai Park" yaşayış kompleksindəki 18 mərtəbəli binanın 14-cü mərtəbəsinin eyvanından bir nəfər özünü atıb.

Onun Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Bağırov Azər İsrafil oğlu olduğu müəyyən edilib.

Faktla bağlı prokurorluqda araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top