
Yaponiyada yağan şiddətli yağışların səbəb olduğu sel fəlakəti 20 nəfərin ölümünə səbəb olub.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat verib. Şiddətli yağışlar Kanaqava, Şizuoka və Çiba əyalətlərində sürüşmələrə səbəb olub.
Sel fəlakətinin baş verdiyi ərazilərdə axtarış-xilasetmə işləri davam etdirilir.