Avstraliyada koronavirusun daha təhlükəli variantı ilə bağlı XƏBƏRDARLIQ


Avstraliyada səlahiyyətlilər koronavirusun “Delta” ştammından da təhlükəli ola biləcək variantlarla bağlı xəbərdarlıq edib.
Yeniavaz.com
“TASS”a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Paul Kelli jurnalistlərin suallarını cavablandırarkən məlumat verib. O bildirib ki, bu xəstəliklə mübarizənin yeganə yolu peyvənd vurdurmaqdır. Nazir həmçinin xəbərdarlıq edib ki, sözügedən təhlükə ayları, illəri əhatə edə bilər. Ona görə də vürusla yaşamağa öyrənmək lazımdır.
Kelli 6 aydan sonra ölkədə 30-dan çox yoluxma faktınının qeydə alındığını da vurğulayaraq bildirib ki, yoluxmalar əsasən “Delta” variantından qaynaqlanır.

DİGƏR XƏBƏRLƏR

Top