
Rumıniyanın “Petromidia” neftayırma zavodunda partlayış baş verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Digi 24” televiziyası məlumat yayıb.
Hadisənin səbəbləri hələ müəyyənləşdirilməyib. Neftayırma zavodu Navodar şəhəri yaxınlığında yerləşir. Hazırda ikinci partlayış riski olduğu üçün hadisə yeri mühasirəyə alınıb. Verilən məlumata görə, partlayış nəticəsində bir nəfər ölü, beş nəfər isə ağır yaralanıb. Hadisə yerində 50-dən çox yanğınsöndürən çalışır.