Bilgəh çimərliyindəki vəziyyətlə bağlı AÇIQLAMA


Bilgəh çimərliyinə yaxın sahəyə məişət tullantılarının atılması barədə daxil olan fotogörüntüdəki ərazini Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının nəzarəti altında Sabunçu rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin işçiləri təmizləyib.
Yeniavaz.com
xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, gələcəkdə belə hallara yol verilməməsi məqsədilə Sabunçu rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə məcburi göstəriş verilib.

DİGƏR XƏBƏRLƏR

Top