Hərbçinin meyitinin qalıqları Ermənistana təhvil verildi


Qarabağdakı döyüşlər zamanı ölən daha 1 erməni hərbçinin cəsədlərinin qalıqları qarşı tərəfə təhvil verilib.
Yeniavaz.com “Sputnik Armeniya”ya istinadla xəbər verir ki, meyit Füzuli rayonu ərazisində aparılan axtarışlar zamanı aşkarlanıb. Qeyd olunur ki, ölən hərbçinin şəxsiyyəti məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşdiriləcək.
Bununla da, indiyədək tapılaraq Ermənistan tərəfinə təhvil verilən erməni hərbçilərinin meyitlərinin sayı 1 591-ə çatıb.

DİGƏR XƏBƏRLƏR

Top