Bakı-Qazax yolunda qəza: Ölən və xəsarət alanlar bir ailənin üzvləridir - FOTOLAR


Hacıqabulda yol qəzasında ölən və xəsarət alan şəxslər bir ailənin üzvləridir.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, Bakı-Qazax magistralının Atbulaq kəndindən keçən hissəsində Bakı sakini, 1979-cu il təvəllüdlü Qaraşov Vüqar Rafiq oğlunun idarə etdiyi “Hyundai Santa fe” markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə avtomobildə olan 68 yaşlı Hüsniyyə Qaraşova hadisə yerində ölüb, sürücü və ailənin digər üzvləri - Bakı sakinləri, 1979-cu il təvəllüdlü Qaraşov Vüqar Rafiq oğlu, 1981-ci il təvəllüdlü Şəfiyeva Leyla Yusif qızı, 2007-ci il təvəllüdlü Qaraşov Rafiq Vüqar oğlu və 2010-cu il təvəllüdlü Qaraşov Səbuhi Vüqar oğlu müxtəlif dərəcəli xəsarətləri ilə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.
Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top