Pirşağıda kanalizasiya suları dənizə axıdılır - VİDEO


Bakının Pirşağı qəsəbəsində kanalizasiya suları dənizə axıdılır.
Yeniavaz.com
xəbər verir ki, Baku TV ərazidə araşdırma aparıb və aydın olub ki, yaxınlıqda olan obyektlərdən də kanalizasiya suları açıq şəkildə dənizə axıdılır. 
“Azsu Ekoloji Qurğu” MMC-dən bildirilib ki, həmin ərazidə xüsusi təmizləyici qurğular quraşdırılıb və müqavilə əsasında çirkab sular təmizləndikdən sonra xüsusi borular vasitəsilə dənizə vurulur.
“Azərsu” ASC-nin sözçüsü Anar Cəbrayıllı qeyd etdi ki, baş plana əsasən gələcəkdə Pirşağı, Kürdəxanı istiqamətlərində tullantı su şəbəkəsinin qurulması nəzərdə tutulur. 
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə bildirilib ki, ərazidə sözügedən məsələ ilə bağlı dərhal araşdırma aparılacaq.

DİGƏR XƏBƏRLƏR

Top