
Rusiyanın xarici işlər naziri Sergey Lavrov İranın nüvə razılaşması ilə bağlı danışıqlarda əhəmiyyətli irəliləyişlər əldə edildiyini bildirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb. Lavrov bildirib ki, son bir ay ərzində aparılan danışıqlar əhəmiyyətli dərəcədə nəticələr verib.
Qeyd edək ki, İran prezidenti Həsən Ruhani verdiyi açıqlamada ABŞ-la razılığa gəlindiyini, bir çox sanksiyaların yaxın günlərdə götürüləcəyini deyib.