AMEA NATO-nun layihəsi çərçivəsində hərbi avadanlıq hazırlayacaq


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutu tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsinin qalibi “Oce Solution” MMC olub.
AMEA Fizika İnstitutu “Oce Solution” MMC-dən Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) Elm naminə Sülh və Təhlükəsizlik Proqramı çərçivəsində layihə SPS G5423 - “İnsansız partlayıcı aşkarlama üçün portativ sensorlar” üzrə elmi araşdırılma aparılması və düzəldilməsi üçün lazım olan spesifik avadanlıqlar, ölçü cihazları və spesifik təyinatlı maddə və materiallar satın alacaq. Buraya 37 adda müxtəlif ölçü cihazları, kompüter və printerlər, labarotoriya cihazları, maddələr və s. daxildir.
Satın alınan məhsulların qarşılığında AMEA “Oce Solution” MMC-yə 82 min 616 manat 52 qəpik ödəyəcək.
Qeyd edək ki, “Oce Solution” MMC 2 il əvvəl  “Dövlət İmtaham Mərkəzinə” 181 min manatlıq çap və komplektasiya texnoloji xəttləri (2 xətt) üçün texniki xidmət göstərib.
Məlumat üçün bildirək ki, “Oce Solution” MMC 19.12.2014-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC Xəzər rayonu, Türkan qəzəbəsi, ev 508 ünvanında yerləşir. MMC-nin qanuni təmsilçisi Həsənova Gülmayə Şərayət qızıdır.
A.Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top