Peyvəndlər bütün COVID-19 mutasiyalarına qarşı təsirlidir – Avropa Dərman Agentliyi


Avropa Dərman Agentliyi təsdiqlənmiş peyvəndlərin yeni növ koronavirusun bütün ştammlarına qarşı təsirli olduğunu deyib.
Yeniavaz.com
"CNN Türk"ə istinadla xəbər verir ki, bu barədə Agentliyin Peyvənd Strategiyasının rəhbəri Marko Kavaleri məlumat verib. O bildirib ki, COVID-19-un bütün mutasiyalarının Avropa İttifaqının təsdiqlədiyi peyvəndlərin hər iki dozasını vurduranlar üçün təhlükəsi yoxdur.
Kavaleri həmçinin bildirib ki, hamilə qadınların peyvənd olmağı hər hansı bir problemə səbəb olmur.

DİGƏR XƏBƏRLƏR

Top