Hindistanda COVID-19-dan ölənlərin sayı 400 mini keçdi


Yeni növ koronavirusun ən çox yayıldığı ölkələrdən biri olan Hindistanda həmin virusdan ölənlərin sayı 400 mini keçib.
Yeniavaz.com
"wordlometers"ə istinadla xəbər verir ki, Hindistanda son 24 saat ərzində COVID-19-a 43 min 360 nəfər yoluxub, 796 nəfər isə ölüb.
Qeyd edək ki, Hindistanda yeni növ koronavirusa yoluxanların ümumi sayı 30 milyon 458 min 251 nəfər, ölənlərin sayı isə 400 min 312 nəfərdir. 29 milyon 548 min 302 nəfər isə müalicə alaraq sağalıb.

DİGƏR XƏBƏRLƏR

Top