"Qiymətlərin qalxmasından xüsusilə pensiyaçılar və aztəminatlı ailələr əziyyət çəkir"


“Bu gün biz pensiyaçıları düşünməliyik. Qiymətlər qalxır, qazın qiyməti də qalxıb”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, qiymətlər qalxanda bunun real səbəbi deyilmir: “Çalışırıq ki, bunu əsaslandıraq ki, sanki camaatın xeyrinədir. Adını qoyuruq ki, bu, idarəetmənin təkmilləşdirilməsi deməkdir. Amma hansı məqsədlə edilir-edilsin, qiymət qalxırsa, xüsusilə pensiyaçılar, aztəminatlı ailələr bundan əziyyət çəkir. Buna görə də Milli Məclisin Sosial siyasət komitəsi bu məsələyə münasibət bildirməlidir. Mən də razıyam ki, bu tipli məsələlərə dair qiymətlər monopolist dövlət qurumları deyil, parlament tərəfindən müəyyənləşdirilməlidir”. //APA

DİGƏR XƏBƏRLƏR

Top