
Rusiyanın Sankt-Peterburqda şəhərində və Leninqrad bölgəsində saxta koronavirus sertifikatı satan kuryer saxlanılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə "Ria Novosti" məlumat yayıb. Rusiyanın təhlükəsizlik orqanlarının əməkdaşları saxta koronavirus sənədlərini ünvanlara çatdıran kuryeri cinayət üstündə saxlayıblar. Həmin şəxs koronavirus sertifikatlarını saxta yolla hazırlayıb satdıqlarını etiraf edib, prosesdə əli olan şəxslərin adlarını açıqlayıb.