
3 Norveç vətəndaşı "AstraZeneca"dan təzminat alacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə Norveçin "NRK" televiziyası məlumat yayıb. Bildirilib ki, buna səbəb həmin şəxslərdə "AstraZeneca" peyvəndi vurulduqdan sonra fəsadların ortaya çıxmasıdır. Onlardan biri dünyasını dəyişən 40-50 yaşlarında tibb işçisinin ailəsidir. Digər iki nəfərdən biri 30-40 yaşlarında bir şəxs, o birisi isə tibb işçisidir.
Xatırladaq ki, may ayında "AstraZeneca" vaksini Norveçdə peyvənd proqramından çıxarılıb.
Qeyd edək ki, "AstraZeneca"nın qanda laxtalanmaya, damarlarda tromba səbəb olduğu bildirilir.