Bu ölkədə qadına psixoloji təzyiq göstərənlərə 6 ilədək həbs cəzası veriləcək


Braziliya parlamenti qadınlara psixoloji təzyiqi cinayət olaraq tanıyıb.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, yeni qanun Braziliya parlamenti tərəfindən qəbul edilib. Sənədin ölkə prezidenti tərəfindən imzalanması gözlənilir. Bu cinayətdə təqsirli bilinənlər iki ildən altı ilədək həbs cəzası və cərimə ilə üzləşəcəklər. Braziliyalı millət vəkilləri eyni zamanda qadınlara bədən xəsarəti yetirənlər üçün həbs cəzasını 4 ilə qədər qaldırıblar.
Braziliya parlamenti bu təşəbbüsün qadınları qorumaq və onlara qarşı şiddətin qarşısını almaq məqsədi daşıdığını bildirib.

DİGƏR XƏBƏRLƏR

Top