Əfqanıstanda partlayış – 8 polis zabiti və 1 hərbçi öldü


Əfqanıstanın qərbində yerləşən Herat əyalətində baş verən partlayış nəticəsində 8 polis zabiti və bir hərbçi ölüb.
Yeniavaz.com
“ria.ru”ya istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın təhlükəsizlik qüvvələri məlumat verib. Partlayış polis qərargahının ərazisində baş verib. Xəbərdə bildirilir ki, partlayıcı qurğu avtomobilə yerləşdirilib.
Qeyd edək ki, Əfqanıstan Milli Müdafiə və Təhlükəsizlik Qüvvələri ölkə daxilində “Taliban” qruplaşmasına qarşı ortaq antiterror əməliyyatları həyata keçirir.
 

DİGƏR XƏBƏRLƏR

Top