Məşhur supermarketdə yanğın olub


Bakıda yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Yeniavaz.com-a verilən məlumata görə, Bakı şəhəri, Binəqədi rayonu, Naxçıvani küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində fəaliyyət göstərən “Bazar Store” supermarketinə aid 10 ədəd kondisioner, 1 ədəd reklam lövhəsi və müşahidə kamerası yanıb.

Bina və yaxınlıqdakı qurğular yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

DİGƏR XƏBƏRLƏR

Top