Kanadada daha bir kütləvi məzarlıq tapıldı


Kanadanın Britiş Kolumbiya əyalətində yerləşən keçmiş kilsə məktəbinin ətrafında kütləvi məzarlıq tapılıb.
Yeniavaz.com
"CNN Türk"ə istinadla xəbər verir ki, bu barədə Kanada hindularından ibarət "First Nation" cəmiyyəti xəbər yayıb. Verilən məlumata görə, Kanadanın Britiş Kolumbiya əyalətində yerləşən keçmiş "St. Eugene" kilsə məktəbinin yaxınlığında qeydiyyata alınmamış 182 məzar tapılıb. Bununla da Kanadada 29 maydan bu günə kimi tapılan qeydiyyatsız məzarların sayı 1148-ə çatıb.
Qeyd edək ki, 29 mayda Kanadanın Kamlups şəhərində yerləşən internat məktəbinin həyətində 215, 24 iyunda isə "Marieval" adlı kilsə məktəbinin ətrafında 751 uşaq cəsədinin qalıntıları tapılmışdı.

DİGƏR XƏBƏRLƏR

Top