11,2 milyard manat borcu olan SOCAR son bir ildə 1,7 milyard manat zərər edib – RƏSMİ


2020-ci ildə SOCAR-ın xalis zərəri 1,7 milyard manat olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat SOCAR-ın maliyyə hesabatında yer alıb.
Məlumatda bildirilir ki, son 13 ildə SOCAR 2-ci dəfə zərərlə işləyib. 2015-ci ildə şirkət hesabat ilini devalvasiya nəticəsində zərərlə, 2008-2019-cu illər arasında isə bütün başqa illəri isə mənfəətlə başa vurub.
Hesabatda qeyd olunur ki, 2020-ci ildə SOCAR-ın ümumi aktivlərinin dəyəri 64,2 milyard manat, cari aktivlərin dəyəri 18,3 milyard manat, uzunmüddətli aktivlərin dəyəri isə 45,9 milyard manat həcmində qiymətləndirilib, cari öhdəlikləri 20,6 milyard manat, uzunmüddətli öhdəlikləri isə 21,6 milyard manat olub. Hesabat ilində SOCAR-ın cəmi kapitalı 21,9 milyard manat, nağd pul vəsaitləri 6,2 milyard manat təşkil edib.
Onu da qeyd edək ki, bu ilin əvvəlinə olan məlumata görə  SOCAR-ın 11 milyard 219 milyon manat borcu olub.

DİGƏR XƏBƏRLƏR

Top