AYB-də yeni təyinatlar


Azərbaycan Yazıçılar Birliyində yeni kadr təyinatı olub.

Yeniavaz.com xəbər verir ki, bu barədə APA-ya Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza məlumat verib.

Rəşad Məcid AYB-nin sədrinin müavini, Elçin Hüseynbəyli və Səlim Babullaoğlu AYB katibləri təyin olunub.

Qeyd edək ki, bundan öncə Rəşad Məcid AYB-də gənclər üzrə katib, Elçin Hüseynbəyli sədrin müşaviri, Salim Babulaoğlu isə bədii tərcümə və ədəbi əlaqələr mərkəzinin sədri olub.

R. Məcid eyni zamanda AYB-də gənclər üzrə katib vəzifəsində də qalacaq.

DİGƏR XƏBƏRLƏR

Top