Kanadada isti hava səbəbilə 500-ə yaxın insan öldü


Kanadada yüksək hava temperaturu səbəbindən 5 gündə ölənlərin sayı 486 nəfərə çatdığı bildirilib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kanadanın Britiş Kolumbiya Məhkəmə Ekspertiza İnstitutunun direktoru Liza Lapointe məlumat verib. O bildirib ki, hədsiz istilər ölkənin əsasən Britiş Kolumbiya, Alberta, Yukon kimi ştatlarında olub. Ən yüksək temperatur Britiş Kolumbiyada 49,9 dərəcə qeydə alınıb.
Qeyd edək ki, Kanadanın bəzi bölgələrində ədliyyə tibbi ekspertiza xidməti ölüm sayınının qeydə almaqda çətinlik çəkdiyi vurğulanır.

DİGƏR XƏBƏRLƏR

Top