
Yolu keçən 36 yaşlı qadını avtomobil vurub.
Yeniavaz.com xəbər verir ki, hadisə Yevlax şəhərinin Nizami prospketində qeydə alınıb. Yolu keçməyə cəhd edən Ülviyyə Məmmədovanı, Yevlax sakini Məhəmməd Yusifov idarə etdiyi “Chevrolet” markalı avtomobillə vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralı dərhal Yevlax şəhər Mərkəzi Xəstəxanasına çatdırlıb. Zərərçəkənə tibbi yardım göstərilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. 36 yaşlı qadın xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Esmira Hidayətova, Yevlax