Övladı xərçəngdən əziyyət çəkən jurnalistin həyat yoldaşı 33 yaşında vəfat edib


Xalqxeber.az portalının baş redaktoru, jurnalist Peyman Sadıqova ağır itki üz verib.

Yeniavaz.com xəbər verir ki, jurnalistin həyat yoldaşı 33 yaşında dünyasını dəyişib.

P.Sadıqov "Report"a deyib ki, həyat yoldaşı yatan zaman infarkt keçirib və yuxudan ayılmayıb.

Allah rəhmət eləsin!

Qeyd edək ki, jurnalistin övladı Nuray Sadıqzadə uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkir.

DİGƏR XƏBƏRLƏR

Top