Paşinyan Torosyanı işdən çıxardı, Harutyunyanı baş nazirin qərargah rəisi təyin etdi


Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan ölkədə yeni təyinatlar edib.
Yeniavaz.com
"news.am"a istinadla xəbər verir ki, Paşinyan Arsen Torosyanı baş nazirin baş katibi vəzifəsindən azad edib. Başqa bir qərarla Arayik Harutyunyan baş nazirin baş müşaviri vəzifəsindən azad edilərək baş nazirin qərargah rəisi təyin edilib.
Qeyd edək ki, Arayik Harutyunyan adlı şəxs 2008-ci ildən Ermənistanda bir çox yüksək vəzifələrdə çalışıb.

DİGƏR XƏBƏRLƏR

Top