Azərbaycana ən çox dollar gətirən 10 şəxsin adı AÇIQLANDI – MƏBLƏĞ


Bu ilin ilk 5 ayı ərzində Azərbaycanın ixracı 8 milyard dollar olub və bunun 907,6 milyon dolları qeyri-neft sektorunun payına düşüb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki,  qeyri-neft sektoru üzrə ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 184 milyon dolları və ya 25,4% azalıb.
2021-ci ilin yanvar-may ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında isə pambıq mahlıcı (108,6 milyon dollar) birinci, qızıl (87,4 milyon dollar) ikinci, pomidor (87 milyon dollar) isə üçüncü olub.
Bu ilin ilk 5 ayında xarici ölkələrə ən çox qeyri-neft məhsulları ixrac edən özəl şirkətlərin ilk 10-luğu aşağıdakı kimi olub.
Şirkət Rəhbəri İxracın miqdarı
“MKT İstehsalat Kommersiya” MMC Həsənov Rövşən 57,3 milyon dollar
“Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycandakı nümayəndəliyi Mohammad Reza 38,6 milyon dollar
“P-Aqro” MMC Əlizadə Azər 25,7 milyon dollar
“Sun Food” MMC İrfan Yılmaz 17,4 milyon dollar
“Baku Steel Company” MMC İbrahimov Kamal 16,2 milyon dollar
“Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC Salmanov Ceyhun 16,2 milyon dollar
“Ram Beynəlxalq Nəqliyyat və Ticarət Ltd” MMC Rzayev Ramiz 11,9 milyon dollar
“Metal Trade Ltd” MMC Gassanov Muslım 11,8 milyon dollar
“Local Garden” MMC Xələfov Ramil 11,1 milyon dollar
“Fruıt Cıty Group” MMC Bayramov Seymur 8,1 milyon dollar

A.Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top