
Belçikaya aid F-16 qırıcısı Niderlandın şimalındakı hava bazasında bir binaya çırpılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Belga” agentliyi xəbər yayıb. Hadisə nəticəsində pilotla birgə iki nəfər yaralanıb. Belçika Müdafiə Nazirliyi yaxın saatlarda qəza ilə bağlı ətraflı məlumat veriləcəyini açıqlayıb.