Erməni terrorçu qrupun üzvləri məhkəmədə ifadə verib - YENİLƏNİB

Prokurorun suallarını cavablandıran K. Aramyan bildirib ki, Hadrut ərazisinə gəlməkdən imtina edə bilməyib: "Mənə demişdilər ki, Hadruta getməkdən imtina etsəm, mənə cinayət işi başlayıb fərari kimi həbs edəcəklər. Hadrutda silahlı dəstələrin hansının hansı ərazidə olmasını Kazaryan təyin edirdi. O qərar verəndən sonra bizim postları təyin edirdilər. Mən 2013-2015-ci illərdə Qubadlı rayonundakı hərbi hissədə xidmət etmişəm. Bilirdim ki, ora Azərbaycan ərazisidir, amma etiraz edə bilməzdim. Çünki orda ermənilər yaşayırdı, bizi ora xidmətə göndərmişdilər".

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, daha sonra ifadə verən Eduard Giraqusyan bildirib ki, onu hərbi hissəyə çağırıb, hərbi ləvazimatla təmin ediblər: "Bizə dedilər ki, Ermənistan ərazisindəki postlara gedəcəksiniz".

Hakim deyib ki, təqsirləndirilən şəxsin ibtidai istintaqda verdiyi ifadəsində ziddiyyətlər var. Həmin ziddiyyətlər ondan ibarətdir ki, təqsirləndirilən şəxs istintaqa ifadəsində Azərbaycan hərbiçilərinə müqavimət göstərmək barədə rəhbərliklərindən tapşırıq aldıqlarını qeyd edib.

Təqsirləndirilən Volodya Akopyan ifadəsində deyib ki, Qarabağa döyüşməyə könüllü getməyib, onu məcbur aparıblar: "Müharibəyə getməsəydim, məni mühakimə edəcəkdilər. Bilsəydik ki, ora Azərbaycan ərazisidir, getməzdik. Biz həmin ərazilərin Azərbaycan ərazisi olduğunu bilməmişik".

Proses iyulun 5-də davam edəcək.

Ermənistan vətəndaşlarından ibarət terrorçu silahlı birləşmənin bir qrupunun - Astanyan Yeqiş Oqanesoviç, Aramyan Karen Armenoviç, Avakyan Tiqran Manikoviç, Qevorkyan Qriqor Qevorqiyeviç, Manukyan Ovsep Robertoviç, Martirosyan Gevorg Samueloviç, Qevorkyan Robert Ovikoviç, Avetisyan Vaqarşak Aşotoviç, Akopyan Volodya Qaqiqoviç, Sukiasyan Andranik Srapoviç, Manukyan Andranik Tiqranoviç, Saqateryan Qriqor Seyranoviç və Giraqusyan Eduard Armenoviçin barəsindəki cinayət işi üzrə məhkəmə prosesi bu gün fasilədən sonra davam etdirilib

Bakı Apelyasiya Məhkəməsində Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə dəstənin digər üzvü Karen Aramyan ifadə verərək bildirib ki, onlar mühafizə etdikləri ərazidə heç bir yaşayış olmayıb: "Biz 13-14 gün orda qalandan sonra Kazaryan dedi ki, aşağı düşün. Aşağı düşəndə Azərbaycan hərbçiləri ilə rastlaşdıq. Onlar bizi saxladı, silahlarımızı aldılar. Azərbaycan əsgərləri bizə heç bir təzyiq göstərmədi".

Prokurorun suallarını cavablandıran K. Aramyan bildirib ki, Hadrut ərazisinə gəlməkdən imtina edə bilməyib: "Mənə demişdilər ki, Hadruta getməkdən imtina etsəm, mənə cinayət işi başlayıb fərari kimi həbs edəcəklər. Hadrutda silahlı dəstələrin hansının hansı ərazidə olmasını Kazaryan təyin edirdi. O qərar verəndən sonra bizim postları təyin edirdilər. Mən 2013-2015-ci illərdə Qubadlı rayonundakı hərbi hissədə xidmət etmişəm. Bilirdim ki, ora Azərbaycan ərazisidir, amma etiraz edə bilməzdim. Çünki orda ermənilər yaşayırdı, bizi ora xidmətə göndərmişdilər".

Daha sonra ifadə verən Eduard Giraqusyan bildirib ki, onu hərbi hissəyə çağırıb, hərbi ləvazimatla təmin ediblər: "Bizə dedilər ki, Ermənistan ərazisindəki postlara gedəcəksiniz".

Hakim deyib ki, təqsirləndirilən şəxsin ibtidai istintaqda verdiyi ifadəsində ziddiyyətlər var. Həmin ziddiyyətlər ondan ibarətdir ki, təqsirləndirilən şəxs istintaqa ifadəsində Azərbaycan hərbiçilərinə müqavimət göstərmək barədə rəhbərliklərindən tapşırıq aldıqlarını qeyd edib.

Təqsirləndirilən Volodya Akopyan ifadəsində deyib ki, Qarabağa döyüşməyə könüllü getməyib, onu məcbur aparıblar: "Müharibəyə getməsəydim, məni mühakimə edəcəkdilər. Bilsəydik ki, ora Azərbaycan ərazisidir, getməzdik. Biz həmin ərazilərin Azərbaycan ərazisi olduğunu bilməmişik".

Proses iyulun 5-də davam edəcək.


***13:04

Ermənistan vətəndaşlarından ibarət terrorçu silahlı birləşmənin daha bir qrupunun - Karapetyan Rafik Robertoviç, Qolayan Qurgen Hovannesoviç, Tadevosyan Hrayr Seryojeviç, Maloyan Vaqarşak Merojanoviç, Yerğiazaryan Sasun Seyranoviç, Vardanyan Arsen Araikoviç, Bahrekyan Vahagen Edikoçiv, Soğomanyan Setrak Samveloviç, Dilanyan Arman Vazgenoviç, Martoyan Manuk Xovanesoviç, Anbardanyan Vels Karapetoviç, Mikaelyan Andranik Vazgenoviç, Qriqoryan Feliks Arşakoviç barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi keçirilən prosesdə məhkəmə istintaqının başlandığı elan olunub. Prokuror ittiham aktını elan edib.
İttihama görə, təqsirləndirilən şəxslər qanunsuz şəkildə odlu silah, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə edərək qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr yaradıblar.
Sözügedən şəxslər ötən il noyabrın 17-də dövlət sərhədini qanunsuz keçərək Xocavənd rayonunun Hadrut qəsəbəsindəki meşəlik ərazilərdə yerləşiblər.
Onlar ötən il dekabrın 13-nə qədər həmin ərazilərdə terror-təxribat törətməkdə ittiham olunurlar. Belə ki, ittiham olunan şəxslər habelə ayrı-ayrı şəxslərə silahlı basqınlar edib, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər terror əməlləri törədiblər.
Hovanesyan Haykaz Koryunoviç, Manukyan Varazdat Amuşavanoviç, Stepanyan David Stepanoviç, Tosunyan Levan Aşotoviç və qeyrilərinin, ümumilikdə 13 təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3-cü (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə), 279.2-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham verilib.
Hakim bildirib ki, təqsirləndirilən şəxslərin törətdikləri əməl məhkəmə istintaqında təsdiqini taparsa, onlar 14 ildən 20 ilə qədər və yaxud ömürlük azadlıqdan məhrum edilə bilərlər.
Prosesdə fasilə elan olunub. Fasilədən sonra təqsirləndirilən şəxslər ifadə verəcək.

DİGƏR XƏBƏRLƏR

Top