Türkiyədə onminlərlə insana qarşı dələduzluq edən "Tosuncuk" təslim olub – VİDEO


"Çiftlik Bank" stratapının təsisçisi və Türkiyədə bu layihə vasitəsilə onminlərlə insana qarşı dələduzluq etmiş "Tosuncuk" ləqəbli Mehmet Aydın Braziliya polisinə təslim olub.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadla xəbər verir ki, İnterpol xətti ilə axtarışda olan M. Aydının vəkili, onun Türkiyəyə ekstradisiyası üçün rəsmi proseslərin başladığını bildirib.
Qeyd edək ki, ötən gün "Tosuncuk" "Sözcü"yə özəl video formatda açıqlama verib və özünün dələduzluq kimi bir niyyətinin olmadığını, ətrafındakı bədniyyətli insanların əməlləri nəticəsində məsələnin bu həddə gəldiyini deyib. O, xarici ölkəyə insanların pullarını geri qaytarmağın bir üsulunu tapmaq üçün qaçdığını bildirib.

Qeyd edək ki, bir neçə il öncə Türkiyədə daha çox və asan maddi qazanc əldə etmək üçün “Çiftlik Bank”a qaoşulan 77 min 843 nəfər, bir müddətdən sonra dələduzluğa məruz qaldıqlarını anlayıb. Rəsmi məlumatlara əsasən həmin insanlardan 511 milyon türk lirəsi(100 180 000 manat) toplanılıb. 62 min 877 nəfərə 393,3 milyon türk lirəsi ödənilsə də, qalan vəsait qeyri-qanuni yollarla şirkətin təsisçisi və icraçı direktoru Mehmet Aydının hesablarına köçürülüb.

DİGƏR XƏBƏRLƏR

Top